“Qalatasaray” Misirin “Zamalek” klubundan icarəyə götürdüyü Mustafa Məhəmmədi birdəfəlik transfer edib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mustafa Məhəmməd 2020-ci ilin yanvarından “Qalatasaray”da çıxış edir. Həmin vaxt İstanbul təmsilçisi 24 yaşlı hücumçunu satınalma şərti ilə icarəyə götürmüşdü. Türkiyə klubu misirli futbolçunun transfer hüquqlarını məhz indi almağa qərar verib. “Qalatasaray” bu transfer üçün 4 milyon avro təzminat ödəyib. Futbolçunun özü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
Mustafa 2022/23 mövsümündə 900 min dollar, 2023/24 mövsümündə 1 milyon dollar, sonuncu mövsümündə isə 1.2 milyon dollar qazanacaq.
Misir yığmasının da üzvü olan yarımmüdafiəçi “Qalatasaray”da indiyə qədər 44 oyuna çıxıb və 14 qola imza atıb. O, ölkəsinin yığmasında keçirdiyi 6 matçda cəmi 1 dəfə fərqlənib.


