“Qalatasaray” səfərdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Antalyaspor” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. Son turlarda uğurlu çıxış edən “Başakşəhər” bu dəfə “Girəsunspor”u qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib.

“Qalatasaray” səfərdə “Adana Dəmirspor”a məğlub olub. Lider “Trabzonspor” isə “Altay” səfərindən qələbə ilə dönüb.

Baş məşqçi Vitor Pereyra ilə yollarını ayıran “Fənərbaxça”nın budəfəki rəqibi “Fatih Karagümrük” komandası olacaq.

Tura “Beşiktaş” – “Göztəpə” matçıyla yekun vurulacaq.

Türkiyə Super Liqası
18-ci tur
21 dekabr

Antalyaspor – Kasımpaşa 1:1
Qol: Naldo, 38 – U.Bozok, 90+2.

Başakşəhər – Girəsunspor 3:1
Qol: D.Türüç, 17. Kaysara, 69. Vişça, 78 – Diarra, 28.

Adana Dəmirspor – Qalatasaray 2:0
Qol: Y.Akgün, 53; 58.

Altay – Trabzonspor 1:2
Qol: C.Karayel, 33 – Kornelius, 51; 88.

22 dekabr

18:00. Yeni Malatyaspor – Kayserispor
18:00. Sivasspor – Rizəspor
18:00. Hatayspor – Konyaspor
21:00. Qaziantep – Alanyaspor
21:00. Fatih Karagümrük – Fənərbaxça

23 dekabr

21:00. Beşiktaş – Göztəpə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: