“Qarabağ” Avstriyaya yola düşdü

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qarabağ” yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.

“Qarabağ” Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”ni 7:0, “Sumqayıt”ı isə 3:1 hesabıyla məğlub edib.