“Qarabağ” mətbuat xidmətinin yeni rəhbərini rəsmən açıqladı

Azərbaycan çempionu olan “Qarabağ” Futbol Klubunda yeni təyinat gerçəkləşib. Arena.az xəbər verir ki, Anar Hacıyev Ağdam klubunun mətbuat xidmətinin yeni rəhbəri təyin olunub.

Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Xatırladaq ki, Anar Hacıyev bu il iyunun 13-dən vakant olan postu tutub. O bu postda “Qarabağ”ın sabiq mətbuat katibi Gündüz Abbaszadəni əvəz edib.

Anar Hacıyev buna qədər “Qəbələ” İdman Klubunun media və marketinq meneceri vəzifəsində çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: