“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Fransada Marsel “Olimpik”i ilə üz-üzə gəlib.
Qurban Qurbanovun komandası tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir.
Ağdam klubu çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağı hədəfləmişdi. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.
Marseldəki “Velodrom” stadionunda keçirilən oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edib. Matça çox yaxşı başlayan Azərbaycan təmsilçisi bir neçə epizodda hesabı açmağa da çox yaxın olsa da, şansları dəyərləndirmək mümkün olmayın. Əvəzində meydan sahibləri ilk yarının sonlarında iki qol vurublar. Ağdam klubu bu qollardan birinin əvəzini çıxmağı bacarsa da, əlavə vaxtda daha bir top buraxıb. Nəticədə, Qurbanovun yetirmələri səfərdən məğlubiyyətə dönmək məcburiyyətində qalıblar.
Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral
Olimpik (Marsel, Fransa) – Qarabağ 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2 – K.Borges, 85.
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.
Olimpik: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson, 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 22. Pape Qeye, 29. Pol Lirola.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Çar, 23. Sead Kolaşinaç, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani.
Baş məşqçi: Xorxe Sampaoli.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.


