Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, biletlər bu gün saat 12:00-dan etibarən satışdadır. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar üzrə qiymətlər 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Satış məntəqələrinə gəlincə, oyunu izləmək istəyənlər biletləri “iTicket.az”-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.
Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” oyunu bu həftənin cümə günü – sentyabrın 26-da keçiriləcək. “Azersun Arena”da baş tutacaq qarşılaşmaya saat 19:00-da start veriləcək.


