“Qarabağ” – “Sabah” oyunu 3 manata

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gündən satışa çıxarılıb.

Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər bu gün saat 11:00-dan “iticket.az”da satışdadır.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sentyabrın 15-i, 16-ı və 17-də Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

“Qarabağ” – “Sabah” oyunu sentyabrın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 19:30-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirir. Lakin hazırda adıçəkilən stadionda təmir işləri getdiyindən, Azərbaycan çempionu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyə qərar verib.

Yeri gəlmişkən, Ağdam klubu “Sabah”la oyunu izləməyə gələcək azarkeşlərinə müraciət də ünvanlayıb. Açıqlamada bildirilir ki, komandanın yeni mövsüm üçün formaları Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində fəaliyyət göstərəcək fan şoplarda satışda olacaq.

Qeyd edək ki, yeni formalar “Qarabağ”ın “Park bulvar”dakı fan-şopunda da satışdadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: