“Qarabağ” tarixi rekordunu təkrarladı

“Qarabağ” qalibi olduğu futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 28-ci qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – 36-cı turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/2023-cü illər mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: