İngilis futbolunun əfsanəsi Qari Lineker İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün çempionluğu uğrunda mübarizəni şərh edib.
Arena.az keçmiş hücumçunun müvafiq fikrini təqdim edir:
“Hazırda “Arsenal” aparıcı mövqeyə sahibdir. “Topçular”a kimisə qovub-çatmaq gərək deyil. Amma yaxşı forma yığmış “Mançester Siti”ni də qeyd etməyə dəyər. “Liverpul” hazırda pis oynayır. “Arsenal” azarkeşlərinin yerində, mən özümü kifayət qədər yaxşı hiss edərdim”, deyə Qari Lineker vurğulayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hələlik “Arsenal”ın parlaq çıxışı diqqət çəkir. “Topçular” geridə qalmış 11 turda 26 xal toplayıblar və yarış cədvəlinə liderlik edir. “Mançester Siti” 22 xalla ikinci, “Çelsi” isə 20 xalla üçüncü pillədə qərarlaşıb. “Sanderlend” 19, “Tottenhem”, “Aston Villa”, “Mançester Yunayted”, “Bornmut” və son çempion “Liverpul”un isə 18 xalı var.


