Qari O’Nil “Vulverhempton”a baş məşqçi təyin edildi

İngilis mütəxəssis Qari O’Nil bu gün Xulen Lopeteqi ilə yollarını ayıran “Vulverhempton”un yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, dünən, avqustun 8-də “Vulverhempton”, klub rəhbərliyi ilə ciddi fikir ayrılığı səbəbindən Xulen Lopeteqini komandanın baş məşqçisi vəzifədən uzaqlaşdırmışdı. Tərəflər yaranmış vəziyyətdə qarşılıqlı surətdə razılaşmaya xitam vermək qərarına gəliblər.

Yeni baş məşqçi Qari O’Nil “canavarlar”la 3 illik müqavilə imzalayıb. 40 yaşlı ingilis mütəxəssis cari minillikdə “Vulverhempton”un ən gənc məşqçisi və son altı ildə “canavarlar”a rəhbərlik edən ilk britaniyalıdır. O’Nil İngiltərə Premyer Liqasında həm oyunçu, həm də məçqçi kimi təcrübəyə malikdir. Ötən mövsüm O’Nil “Bornmut”da çalışıb.

Lopeteqiyə gəlincə, ispaniyalı mütəxəssis “Vulverhempton”u cəmi 9 ay çalışdırıb. Onun rəhbərliyi altında “canavarlar” Premyer Liqanı 13-cü pillədə başa vurublar.

Xəbəri sosial şəbəkələrdə paylaş: