Qattuzo “əsaslı səbəb”ə görə oyunçusunu cəzalandırdı

Marsel “Olimpik”inin baş məşqçisi, italyan mütəxəssis Cennaro Qattuzo özünəməxsus ruhda maraqlı hoqqası ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, 45 yaşlı məşqçi komandasının mərakeşli yarımmüdafiəçisi Azzedin Unaiyə “girişərək”, onu zarafatyana “təpələyib”.

Hoqqabazlıq Marsel və Lion “Olimpik”ləri arasındakı oyun (3:0) zamanı yaşanıb. Baş məşqçi komandasının ehtiyat oyunçular skamyasının yanından keçərkən, Unainin ona əllə kifayət qədər yaxşı “beşlik” vermədiyi üçün zarafatla futbolçusuna hücum çəkib, onu “cəzalandırıb”. Cennaro bu yolla futbolçularını özünün dediyi kimi, həm “tərbiyələndirir”, həm də ruhlandırır.

Cennaro Qattuzo bu ilin sentyabrından Marsel “Olimpik”ini çalışdırır. İtalyan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Hazırda Qattuzonun çalışdırdığı Marsel “Olimpik”i Fransa Liqa 1-in 14 turundan sonra turnir cədvəlində 20 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: