“Fluminense”nin baş məşqçisi Renato Quauşo 2025-ci il FIFA Klub Dünya Kubokunun “Çelsi” ilə yarımfinal oyununu (0:2) şərh edib.
Arena.az FIFA-nın rəsmi saytına istinadən, 62 yaşlı braziliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Heç şübhəsiz, biz bu yarışda müvəffəq olduqlarımız müqabilində başıuca gedirik. Biz yüksəksəviyyəli komandaya qarşı ağır oyun olacağını bilirdik. Vurduğu qollar rəqibə böyük əminlik bəxş etdi”, deyə Qauşo vurğulayıb.
Beləliklə “Fluminense” klublararası dünya çempionatı ilə vidalaşıb. Yarışın finalına yüksəlmiş “Çelsi” isə həlledici oyunda PSJ (Fransa) – “Real” (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.


