Amerikan iş adamları Qleyzerlər İngiltərənin “Mançester Yunayted” klubunu satışdan çıxaracaqlar. Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Qleyzerlərin müvafiq addımının səbəbi klubun satışı müqabilində tələb olunan 10 milyard funt-srerlinq məbləğə müvafiq təklif ala bilməmələridir.
Qleyzerlərin “Mançester Yunayted”i satmaq fikrindən daşınması “qırmızı şeytanlar”ın azarkeşlərinin mənfi münasibətinə ilə üzləşəcəklərini təxmin edir. Bu barədə mətbuatda əvvəlcədən məlumat verilmiş və Qleyzerləri ehtiyata səsləyən çağırışlar dərc edilmişdi.
Belə ki, amerikanların kluba sahib olduğu ilk gündən Qleyzerlər “Mançester Yunayted” azarkeşləri tərəfindən sevilməyiblər. Hətta açıq şəkildə ifadə edildiyi kimi, onlar azarkeşlər arasında hörmət sahibi deyillər.
Bu arada sözügedən ailə ilə uzun müddət yaxın əlaqələri olan və adının açıqlanmasını istəməyən bir mənbədən bu münasibətlə “Qleyzerlər gönüqalındırlar və azarkeşlərin heç bir mənfi qarşılığından təsirlənməyəcəklər”, məlumatı daxil olub.
Həmçinin vurğulanır ki, klubun sahibləri 2025-ci ildə “Mançester Yunayted”i yenidən satmağa cəhd edəcəklər. Müvafiq strateji addımla Qleyzerlər maliyyə amillərinin hərracda daha çox iddiaçı cəlb edə biləcəyinə ümidlidirlər. İşbazlar həmçinin ümid edirlər ki, “qırmızı şeytanlar”ın holland baş məşqçisi Erik ten Haq qarşıdakı iki mövsümdə böyük uğurlar əldə edərək, kuboklar qazana bilər. Bu da öz növbəsində klubun dəyərinin daha da artmasına səbəb ola bilər.


