Qonsalo Qarsiya “Real”la yeni müqaviləyə imza atdı

“Real” rəhbərliyi “qaymaqlılar”ın 21 yaşlı ispan mərkəz hücumçusu Qonsalo Qarsiya ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə “Real”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Yeni müqavilə futbolçu müqabilində nəzərdə tutulmuş sərbəstqalma haqqını 1 milyard avro məbləğində müəyyənləşdirib.

Qonsalo Qarsiya “Real”ın məzunudur.

Geridə qalmış mövsümdə Qarsiya “qaymaqlılar” üçün 10 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Qonsalo İspaniyanın U-18 və U-19 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış hələ almayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: