Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirdikləri oyundan danışıb.
Arena.az xəbər verir ki, İspaniya təmsilçisi Liqa mərhələsinin 1-ci turu çərçivəsində Almaniyanın “Leypsiq” komandası ilə qarşılaşıb.
Üç qolun qeydə alındığı oyunda Madrid klubu 2:1 hesablı qələbəyə sevinib. Fransalı futbolçu komandasının çətin qələbəsini belə şərh edib:
“Qol buraxmaq bizim üçün xoşagəlməz idi. Bu məqamı paltardəyişmə otağında müzakirə etdik. Bununla belə, komanda oyunun gedişatını dəyişərək qələbə qazana bildi”, deyə Qrizmann razılıqla bildirib.
Madrid “Atletiko”sunun ispan müdafiəçisi Xose Ximenes də “Leypsiq” üzərində əzmkar ev qələbəsini (2:1) şərh edib. İspan futbolçunun bu barədə fikrini təqdim edirik:
“Komanda heç vaxt mübarizəsinə, xəyallar qurmasına və inamına xitam vermədi. Sonda isə qol vuruldu ki, bu da oyun boyu bütün zəhmətin mükafatı idi”, deyə Ximenes vurğulayıb.
Xatırladaq ki, məhz Xose Ximenes oyunun 90-cı dəqiqəsində “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizmanın ötürməsindən qolla fərqlənib. Məhz bu qol “Atletiko”nun qələbəsini təmin edib.


