Qvardiola: “Mançester Siti” növbəti mövsümdə qayıdacaq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, gələn mövsüm “şəhərlilər”in indikindən daha yüksək nəticələr göstərəcəyini bildirib.

Arena.az “Goal” dərgisinə istinadən, ispan mütəxəsssin bu barədə fikrini təqdim edir:

“Üç ay əvvəl, mən, bu mövsüm əziyyət çəkəcəyimizi hiss etmişdim, bu, elə, belə də oldu. Müvafiq hal bir daha da baş verəcək. Kimsə deyir ki: “İpsviç Taun”la oyundan (6:0) sonra onlar qayıdıblar”. Ya da deyirlər ki: “Lester Siti” ilə oynadıqdan sonra (2:0) qayıdıblar”. Buna cavab vermək istəyirəm ki, komandaya hələ də vaxt gərəkdir. Növbəti mövsümdə biz həqiqətən də qayıdacağıq. İndi isə məsələ, yaşamaq uğrunda mübarizə və UEFA Çempionlar Liqasına təsnif olmaqdır”, deyə Qvardiola vurğulayıb.

23 oyundan 41 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: