“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 27-ci turunun “Tottenhem”lə səfər oyununu (1:0) şərh edib.
Arena.az “City Xtra” dərgisnin “TNT Sports” dərgisinə istinadı əsasında, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən qələbəyə və üç xala səmimi qəlbdən şadam, çünki bunlar bizə gətəklidirlər.
İkinci hissə açıq keçdi, çünki biz, oyunu, çoxlu qol fürsətlərimizin olduğu birinci hissədə başa çatdırmadıq. Bizim malik olduğumuz keyfiyyətlərlə, fürsətləri gerçəkləşdirmək gərəkdir. Biz, ikinci hissədə işimizin çətin olacağını bilirdik, amma bunun öhdəsindən gəldik. Uşaqlar mübarizə aparırdılar, mən isə buna şadam, çünki burada oynamaq həmişə çətindir”, deyə Qvardiola vurğulayıb.
27 oyundan 47 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Tottenhem” isə 33 xalla 13-cü pillədədir.
Premyer Liqaya 28 oyundan 67 xalla “Liverpul” başçılıq edir.


