Rəşad Əzizli “Zirə”dən ayrıldı

“Zirə” qapıçısı Rəşad Əzizli ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Əzizliyə xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Rəşad Əzizli 2020-ci ilin iyulundan “Zirə”də çıxış edirdi. Azərbaycanın U-17 və U-19 yığmasının üzvü daha öncə “Rəvan”, “Şüvəlan”, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Keşlə” klublarının da formasını geyinib. Qapıçı 2021-ci ilin iyununda “Zirə” ilə 1 illik yeni müqavilə imzalamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: