“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki Polşa “Rakuv”u heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, sözügedən klub Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Hannover”dən hücumameyilli yarımmüdafiəçi Sonni Kitteli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyadan olan 30 yaşlı futbolçu Polşa çempionuna azad agent kimi qoşulub. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Sonni Kittel Frankfurt “Ayntraxt”ının yetirməsidir. “İnqolştadt”da da forma geyinmiş futbolçu “Hamburq”da 140 oyun keçirib, 36 qol və 40 məhsuldar ötürmə müəllifi olub. O, Almaniyanın U-16, U-17, U-18 və U-20 yığmalarında da forma geyinib.
“Rakuv” öz futbolçusu Oliver Kuxarçiki də icarəyə verib. 20 yaşlı müdafiəçi qarşıdakı mövsümü “Skre” komandasında icarədə keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la Polşa çempionu arasındakı ilk oyun iyulun 26-da səfərdə baş tutacaq. Həmin oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakı Olimpiya Stadionunda keçiriləcək.


