Enerji içkiləri istehsalçısı “Red Bull” şirkəti “Lids Yunayted” futbol klubunun azlıq səhm payını almaq məqsədilə müqavilə bağlayıb.
Arena.az bu barədə “The Athletic” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, növbəti mövsümdən “Red Bull” həm də “Lids”in baş sponsoru kimi çıxış edəcək.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümünün sonunda “Lids” Çempionşipin ələmə mərhələsinə yüksəlib və burada “Sauthempton”a uduzaraq, növbəti mövsümdə Premyer Liqada iştirak fürsətini əldən verib.
Vurğulayaq ki, “Red Bull” Almaniyanın “Leypsiq” və Avstriyanın “Zalsburq” klubları da daxil olmaqla bir neçə futbol klubuna sahibdir. Şirkət sahib olduğu klublara öz adını “damğa” vurmaqla tanınır: “RB Leypsiq”, “RB Zalsburq” və s.
“The Athletic”in iddiasına görə, “Lids Yunayted” bu aqibətlə üzləşməyəcək.


