“Reksem” Kiffer Muru satın aldı

“Reksem” 32 yaşlı uelsli mərkəz hücumçusu Kiffer Muru “Şeffild Yunayted”dən tamhüquqlu əsasda “qırmızı əjdahalar”ın düşərgəsinə qatıb.

Arena.az bu barədə “Reksem”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Uels klubuna 2,30 milyon avro məbləğ müqabilində başa gəlib.

Kiffer Mur futbola “Torki Yunayted” klubunda qədəm qoyub, “Truro Siti” ilə böyük futbolda debüt edib. Ardınca Mur “Dorçester Taun”, “Yovil Taun”, “Vikinq”, “Forest Qrin Rovers”, “İpsviç Taun”, “Roterem Yunayted” (icarə), “Barnsli”, “Uiqan Atletik”, “Kardiff Siti”, “Bornmut” və “Şeffild Yunayted”də oynayıb.

Geridə qalmış mövsümdə Mur “Şeffild Yunayted” üçün 30 oyun keçirib, 6 qol vurub.

Kiffer Mur 2019-cu ilin sentyabr ayında debüt etdiyi Uels yığmasının heyətində 49 oyuna 14 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Kiffer Mur futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı uelsli mərkəz hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: