Renat Dadaşov “Rizəspor”a qarşı 72 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 19-cu turu çərçivəsində “Rizəspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan məğlubiyyətlə ayrılıb – 0:2.

Dadaşov bu oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 19 turdan sonra 19 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 13 oyun keçirib və 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: