Renat Dadaşov “Samsunspor”a qarşı 88 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində “Samsunspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Dadaşov bu oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” ardıcıl üçüncü dəfə məğlubiyyətə üzülüb. Sözügedən komanda 11 turdan sonra 14 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 7 oyun keçirib və 3 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: