Renat Dadaşov Türkiyə klubunda debüt matçına çıxdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun yeni komandası bu gün Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində “Fatih Karagümrük”lə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.

Renat bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. Bu, onun həm Hatay klubunda, həm də Türkiyə Super Liqasında debüt matçı olub.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 5 turdan sonra 7 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: