“Renn” Fransa Kubokunda yarımfinala inamlı qələbə ilə yüksəldi

Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir görüş baş tutub.

Yarımfinala növbəti vəsiqənin sahibi “Le Pyui” – “Renn” matçında müəyyənləşib. Dörd qolun qeydə alındığı qarşılaşmanı inamlı qələbə ilə başa vuran “Renn” növbəti yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə Lion “Olimpik”i və “Valansyen” yarımfinala çıxmışdılar.

Fransa Kubokunda sonuncu yarımfinalçı martın 13-də müəyyənləşəcək. Son oyunda PSJ və “Nitsa” komandaları üz-üzə gələcəklər.

Fransa Kuboku
1/4 final
27 fevral

Olimpik (Lion) – Strasburq 0:0 (penaltilər 4:3)

28 fevral

Ruan – Valansyen 1:1 (penaltilər 2:4)
Qollar: Loppi, 90+1 – Oyevusi, 26.

29 fevral

Le Pyui – Renn 1:3
Qollar: Adinani, 61 – Teate, 9. Buriqe, 49; 82.

13 mart

00:10. PSJ – Nitsa

Xəbəri sosial şəbəkələrdə paylaş: