İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Riyad Mahrez ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı vingerlə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi artırılıb. Tərəflər arasındakə əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaqdı.
Riyad Mahrez 2018-ci ildə “Lester Siti”dən “Mançester Siti”yə keçib. Əlcəzairli yarımmüdafiəçi bu müddət ərzində “şəhərlilər”in heyətində 189 oyuna çıxıb. O, geridə qalan dörd mövsümdə 63 qol vurub və 45 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu bu komanda ilə 3 dəfə İngiltərə çempionu olub.
Əlcəzair yığmasında keçirdiyi 75 oyunda 26 qol vurmuş Mahrez, daha öncə Fransada “Havr” və “Kemper” klublarının da formasını geyinib.


