Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Rizəspor” klubu 11 futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə elitanın yeni iştirakçısı rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, adları aşağıda göstərilmiş futbolçularla müqavilələrin müddəti bitib. Klub onlarla yeni müqavilə bağlamaq istəmədiyi üçün hamısı azad agent kimi komandanı tərk ediblər:
Yannik Bolazi
Bahadır Öztürk
Alper Potuk
Ronaldo Mendes
Gökhan Gönül
Amilton
Emircan Altıntaş
Kerem Kalafat
Ogün Özçiçek
Haqi Osman
Abdullah Yiğiter
Rizə klubu onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Rizəspor” geridə qalan mövsümdə TFF 1-ci liqanı ikinci pillədə başa vurmaqla Super Liqada oynamaq hüququ qazanıb.


