Roman Abramoviçin “Çelsi” klubunun satışından Ukraynanın ehtiyaclarına yönəldilməsi nəzərdə tutulmuş pullar ünvanına çatmayıb.
Arena.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Xatırladaq ki, Roman Abramoviç 2022-ci ildə sanksiyaların təsiri altında “Çelsi”ni satıb. Razılaşmadan əldə edilən 2,6 milyard avronun Ukraynaya humanitar yardıma yönəldiləcəyi güman edilirdi. Abramoviçin özü bu vəsaitin həm Ukraynadan, həm də Rusiyadan olan münaqişə qurbanlarına göndərilməsini istəyir. Lakin hökumət sanksiyalara görə bu addımı atmaqdan qorxur. Pul vəsaitini köçürmək üçün Abramoviçin imzası tələb olunur ki, o da bu imzanı hələ də çəkməyib.
Vəziyyətə bələd mənbədən bildirilib ki, əvvəlcə ötən ilin yayında, sonra isə yanvarda Ukraynaya vəsait köçürmək planlaşdırılırdı. İndi qarşıdan gələn qış haqqında söhbət gedir, lakin bu şərtlərə də zəmanət verilmir.


