Romelu Lukaku “Roma”dakı gələcəyi ilə bağlı danışdı

“Roma”da icarə əsasında çıxış edən belçikalı hücumçu Romelu Lukaku “canavarlar”ın heyətindəki gələcəyi haqda danışıb.

Arena.az belçikalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Burada “Roma”da hər şey fərqlidir – azarkeşlər məni sevirlər. Nəticə gətirmək üçün hər oyunda əlimdən gələni edirəm, çünki klub mənə kömək etdi. “Çelsi”dəki gələcəyimə gəlincə… Bu cür suallara cavab verərkən diqqətli olmalıyam”, deyə belçikalı futbolçu diplomatik mövqe bildirib.

Xatırladaq ki, müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan Romelu Lukaku “Roma”da icarə əsasında çıxış edir. “Canavarlar” belçikalı hücumçu ilə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıblar.

Geridə qalmış 2022/2023 mövsümünü Lukaku İtaliyanın digər klubu “İnter”də icarədə keçirib. Belçikalı hücumçu “neradzurrinin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Lukaku “Roma”nın heyətində 36 oyunda 18 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu göstəricilərini mövsümün sonuna kimi daha da yaxşılaşdırması gözlənilir. Amma “Roma”nın Lukakunu heyətdə saxlamaq üçün hansısa addımlar atmaq istəyi barədə məlumat yoxdur.

Hücumçu hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 113 oyun keçirib, 83 qol vurub, 16 məhsuldar ötürmə verib.

Lukaku karyerası ərzində “Çelsi” və “İnter”dən başqa, “Everton”, “Anderlext”, “Mançester Yunayted”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı belçikalı mərkəz hücumçusunun transfer dəyətini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: