“Əl-Nəsr”in 38 yaşlı portuqal super ulduzu, hücumçusu Kristiano Ronaldo hesab edir ki, futbolçu karyerasına xitam vermək hələ tezdir.
Arena.az jurnalist Fabrisio Romanoya istinadən Ronaldonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Deyirlər ki, Ronaldonun üstündən xaç çəkmək olar… Bu, doğru deyil. Mən ayaqlarım “Kristiano, yetər”, deməyənə qədər oynamağa davam edəcəyəm.
Mən hələ çoxuna malikəm. Mən hələ də futbolu sevirəm, qollar vurmağı sevirəm. Mən hələ də qazanmağı sevirəm. Hələ sübut edirəm ki, mənim üzərimə xaç qoymaq hələ tezdir”, deyə Ronaldo iddiasını ortaya qoyub.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarında “Mançester Yunayted” rəhbərliyi və komandanın məşqçilər qərargahı ilə anlaşılmazlıq üzündən “qırmızı şeytanlar”dan ayrılaraq, “Əl-Nəsr”a keçib. Ərəbistan klubunda Ronaldo futbolçu transferi zamanı məşqçilər qərargahına təcrübi məsləhətlər vermək və komandanın oyun taktikası ilə bağlı birbaşa fikir yürütmək səlahiyyətinə malikdir. Portuqal superulduz həm də komandanın kapitanı və lideridir. O, cari mövsümdə “Əl-Nəsr”in heyətində 8 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar verib.
Portuqal superulduzun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kristiano kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib, 123 qol vurub və 44 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq futbol rekordudur.
“Transfermarkt” internet-portalı 38 yaşlı Kristiano Ronaldonu 15 milyon avro məbləğində qiymətləndirir.


