Rüfət Dadaşov dubl etsə də, məğlubiyyətə üzüldü

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 32-ci turu çərçivəsində baş tutan “Boxolt” ilə matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası altı qolun qeydə alındığı oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının hər iki qolunu da azərbaycanlı hücumçu vurub. O, 22-ci və 52-ci (penaltidən) dəqiqələrdə fərqlənib. Bununla da 31 yaşlı forvard cari mövsümdə vurduğu qolların sayını 12-yə çatdırıb.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 45 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: