Rüfət Dadaşov üçün 90 dəqiqə, 1 “sarı”, 1 xal

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Almaniyanın Şimal-Şərq Regional Liqasının 3-cü turu çərçivəsində “Moyzelvits”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə evdə qarşılaşıb. İki qolun qeydə alındığı matç heç-heçə başa çatıb – 1:1.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Cari mövsümdə artıq 2 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

3 turdan sonra 4 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: