Ruslan Malinovski “Atalanta”dan ayrıldı – Liqa 1-də oynayacaq

Futbol üzrə Ukrayna milli komandasının yarımmüdafiəçisi Ruslan Malinovski İtaliyanın “Atalanta” klubundan ayrılıb. Arena.az xəbər verir ki, o, bu mövsümün qalan hissəsini Fransanın “Olimpik” (Marsel) klubunda keçirəcək.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransa təmsilçisi 29 yaşlı futbolçunu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalma şərti də var.

Ruslan Malinovski 2019-cu ilin iyul ayından “Atalanta”da forma geyinirdi. İtaliya klubu həmin vaxt onun transferi üçün Belçika “Genk”inə 13.6 milyon avro ödəmişdi. Ukraynalı futbolçu A Seriyası təmsilçisində 143 oyuna çıxıb, 30 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub. Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçu, “Genk” və “Atalanta”dan başqa, ölkəsində “Zarya” (Luqansk) və “Sevastopol”un da uğurları üçün çalışıb. O, Ukrayna milli komandasında da 51 oyuna 7 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: