“Səbail” daha iki futbolçu ilə yeni müqavilə bağladı

“Səbail” iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, paytaxt təmsilçisi Elçin Rəhimli və Mirsayib Abbasovla yeni – 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Mirsayib və Elçin 2019-cu ilin yayından “Səbail”də çıxış edir.

“Səbail” daha öncə Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov, Rauf Əliyev, Adil Nağıyev, Rahid Əmirquliyev və Kamran Ağayevlə də yeni müqavilə bağlamışdı.