“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu “Hapoel” (Kfar-Sava, İsrail) olan Domantas Şimkusu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Şimkus Litva milli komandasında 21 oyuna çıxıb. O, “Hapoel”dən öncə “Jalgiris” və “Atlantas” klublarının uğurları üçün çalışıb.


