“Səbail” Gürcüstan klubuna böyük hesabla uduzdu

Yeni mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Səbail” bu gün daha bir yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” komandası ilə qarşılaşıb.

Görüş Gürcüstan təmsilçisinin 5:2 hesablı qələbəsiylə başa çatıb. “Səbail”in hər iki qolunu Rauf Əliyev vurub.

Xatırladaq ki, “Səbail” bundan öncə Gürcüstanda daha iki yoxlama oyunu keçirmişdi. Yerli “Şevardeni” ilə heç-heçəyə (1:1) razılaşan “dənizçilər”, Tiflis “Lokomotiv”inə də 062 hesabıyla uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: