Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Səbail” bu gün qonşu ölkədə növbəti yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli “Lokomotiv” (Tiflis) ilə qarşılaşıb.
Qarşılaşmanın ilk hissəsi qolsuz bitib. İkinci hissədə isə meydan sahibləri iki qol vurmağa nail olublar. Nəticədə, “dənizçilər” bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.
“Səbail” Gürcüstandakı ilk sınaq matçında “Şevardeni” ilə heç-heçəyə razılaşmışdı – 1:1.


