“Səbail” Hendrik Ekşteynlə də vidalaşdı

“Səbail” daha bir legioner futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt klubu afrikalı yarımmüdafiəçi Hendrik Ekşteynlə vidalaşıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib.

Ekştyen 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi. O, “dənizçilər”in heyətində meydana çıxdığı 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Hendrik 2019-cu ildə “Sabah”ın da uğurları üçün çalışıb.

“Səbail” Ekşteyndən öncə Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey, Ruslan Hacıyev, Ürfan Abbasov, Amil Yunanov, Məqsəd İsayev və Nikolas Hagenlə də yollarını ayırmışdı.