2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Səbail” sabah Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev futbolçuları yerli “Sivasspor”la oyunda sınaqdan keçirib.
Türkiyə Super Liqasında mübarizə aparan bu rəqiblə oyun bakılılar üçün uğurlu alınıb. Diniyevin yetirmələri meydanı 2:0 hesablı qələbə ilə başa vurublar. Paytaxt klubuna qələbəni David Qomis (31) və Pedro Nuno (40) qazandırıblar.
Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Ərzurumspor”la qarşılaşmış və 4:3 hesablı qələbəyə sevinmişdi. İkinci sınaq matçı isə Super Liqa təmsilçisi “Sivasspor”a qarşı olmuş və 1:1 hesabıyla yekunlaşmışdı.
Bu komanda Bakıdakı hazırlıq çərçivəsində də “Kəpəz”lə yoxlama oyunu keçirmiş və 2:1 hesablı qələbə qazanmışdı.


