“Səbail” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “dənizçilər” Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yarımmüdafiəçisi Maksim Çexi heyətinə qatıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Çex yeni klubuna icarə əsasında qatılıb. Ukraynalı futbolçu 2022/23 mövsümünün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.

Maksim Çex “Şaxtyor”un öz yetirməsidir. O, 2019-2021-ci illər aralığında “Mariupol” komandasında icarədə də oynayıb. Yarımmüdafiəçi 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.

“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de Fransa, Franko Mazurek və Fakundo Kardozo kimi legionerləri də heyətinə qatmışdı. Yerli futbolçulardan isə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli, Emil Balayev və Samir Abdullayev transfer olunub.

Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə də yeni müqavilə imzalanıb.

Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov isə komandadan ayrılıb. Adil Nağıyev də “Şamaxı”ya icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: