Səbayıl Bağırov “Şamaxı”da qaldı – Rəsmi

2023/2024 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” yarımmüdafiəçisi Səbayıl Bağırov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam etdirir. Bu yolda növbəti addım Səbayıl Bağırovun müddəti bitən müqaviləsini yeniləmək olub. Dayaq yarımmüdafiəçisi ilə yeni müqavilənin müddəti 2 ildir.

2017-2019-cu illər aralığında Türkiyənin aşağı liqa klublarında forma geyinmiş Səbayıl Bağırov 2019-2024-cü illərdə də “Turan Tovuz”da çıxış edib. O, Şamaxının eyniadlı təmsilçisinə bu ilin yanvarında məhz Tovuz klubundan cəlb olunmuşdu.

“Şamaxı”da növbəti ayrılıq da gerçəkləşib. Belə ki, müqaviləsinin müddəti bitən Əli Mürsəlovla yollar ayrılıb. Hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, “Şamaxı” daha öncə qapıçı Əkpər Vəliyev, eləcə də Süleyman Damadayev, Elçin Qasımov və Əbil Əbilovla da yollarını ayırdığını açıqlamışdı.

“Şamaxı” 2023/2024 mövsümündə Azərbaycan Birinci liqasının qalibi olub və 2024/2025 mövsümündə elitada iştirak etmək hüququ qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: