Səbayıl Bağırov “Turan Tovuz”u “Şamaxı”ya dəyişdi

“Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırov 2023/2024 mövsümünün ikinci yarısını Birinci Liqa təmsilçisi “Şamaxı”da keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. Sözügedən klub bu gün növbəti transferini reallaşdırıb. “Şamaxı” “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovu bu mövsümün sonuna qədər icarəyə götürüb.

Daha öncə Türkiyənin aşağı liqa klublarında oynamış Səbayıl Bağırov 2019-cu ilin yayından “Turan Tovuz”un sıralarındadır. 28 yaşlı müdafiəçi Tovuz klubunun əsas komandasında 16 oyun keçirib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu da heyətinə qatdığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: