Yeni mövsümdən Azərbaycan çempionatında (Premyer Liqa) mübarizə aparacaq “Şəfa” klubu heyətinə 4 yeni gənc futbolçu cəlb edib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla razılığa gəlib. Ayxan Əlizadə, Eltun Babazadə və Elmar Məmmədovla müqavilənin müddəti 2 illikdir. Nurhan Abdıyev isə qarşıdakı 1 ili bu komandada keçirəcək.
Xatırladaq ki, “Şəfa” bu yay Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli, Maudo Jarjue, Treyvon Fuller, Bafode Dansoko və Kristofer Mamengi ilə də güclənib.
Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb.
Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev və Pərviz Azadov isə komandanı tərk ediblər.


