Səudiyyə Ərəbistanı hakimiyyəti 2034-cü ilin dünya çempionatı zamanı spirtli içkilərin içilməsinə icazə verilməsini planlaşdırır.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, icazə müyyənləşdirilmiş turist məkanlarında keçərli olacaq. Dünya çempionatı zamanı 600 müəyyənləşdirilmiş məkanın olacağı vurğulanır. Dəqiqləşdirilir ki, spirtli içkilərin istifadəsinə ictimai yerlədə, evlərdə və dükanlarda tətbiq edilən qadağa qüvvəsində qalacaq.
Daha əvvəl Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid ibn Bəndər Əl-Səud bildirib ki, dünya çempionatı zamanı spirtli içkilərdən istifadə edilməyəcək. Belə ki, ölkə kiməsə görə öz mədəniyyətini dəyişmək niyyətində deyil.
Xatırladaq ki, spirtli içkilərin istifadəsinə qadağa Səudiyyə Ərəbistanında 1952-ci ildən qüvvədədir.


