Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını ala bilər

Neftin qiyməti 2024-cü ilin ortalarında 150 dollara (139 avro) çatarsa, Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını ala bilər.

Arena.az bu barədə məlumatı “Saxo Bank”a istinadən çatdırır:

“Səudiyyə Ərəbistanının iqtisadiyyatının köklü yenidən qurulması istiqamətində neft gəlirlərindən asılılıqdan qurtulmaq və onu turizm, istirahət və əyləncə mərkəzinə çevirmək məqsədi, neft qiymətlərinin yüksək tələbata müvafiq olaraq bir barel üçün 150 dollara (139 avro) çatması ilə əlavə təkan alır.

Əgər yaşıl çevriliş artan qiymətlər mənzərəsində azalmağa doğru gedərsə. Həm də nəzərə alsaq ki, OPEC+ tədarük üzərində möhkəm nəzarəti saxlayır. Səudiyyə Ərəbistanı, Beynəlxalq Futbol Federasiyasının (FIFA) dəstəyi ilə dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA Çempionlar Liqasını almaq üçün uğurlu təklif vermək məqsədilə qızıl fürsət görür”, – mənbənin məlumatında deyilir.

Vurğulanır ki, Səudiyyə Ərəbistanı ən nüfuzlu Avropa klub turnirini dünyəvi futbol yarışına çevirə bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: