Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın Avropa Liqasının (Avroliqa) pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində Avroliqanın 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Bakı klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a məğlub olacağı təqdirdə mübarizəni Avroliqada davam etdirəcək. Azərbaycan çempionu bu turnirdə “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
20 avqust – 27 avqust
Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan)/Qurnik (Polşa)
KuPS (Finlandiya)/Universitatya (Krayova, Rumıniya) – Ararat (Ermənistan)/Çelye (Sloveniya)
Sent-Trüden (Belçika) – Linkoln (Cəbəllüttariq)/Omoniya (Kipr)
Hapoel (Beer-Şeva, İsrail)/Srvena Zvezda (Serbiya) – Viktoriya (Çexiya)
Şemrok Rovers (İrlandiya)/Eqnatiya (Albaniya) – Lilleström (Norveç)
Yagelloniya (Polşa)/Reyncers (Şotlandiya) – Larn (Şimali İrlandiya)/İberiya (Gürcüstan)
Myalbü (İsveç)/Slovan (Slovakiya) – Pafos (Kipr)/Zalsburq (Avstriya)
Levski (Bolqarıstan)/Kayrat (Qazaxıstan) – PAOK (Yunanıstan)/Anderlext (Belçika)
Lex (Polşa)/Klaksvik (Farer adaları) – Tyun (İsveçrə)/Vikinqur (İslandiya)
Hradeç (Çexiya)/Beşiktaş (Türkiyə) – Dinamo (Zaqreb, Xorvatiya)/Kauno Jalgiris (Litva)
Benfika (Portuqaliya)/Harts (Şotlandiya) – Orhus (Danimarka)/Sabah (Azərbaycan)
OFİ (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail)/ÇSKA (Sofiya, Bolqarıstan)


