“Sabah” daha bir futbolçusu ilə yollarını ayırdı

“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt klubu xorvatiyalı yarımmüdafiəçisi Mario Marina ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Mario Marina 2019-cu ilin dekabrından “Sabah”ın uğurları üçün çalışırdı.

“Sabah” Marinadan öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə, Dmitro Klots, Elşən Abdullayev, Ruslan Abışov və Filip İvanoviçlə də yollarını ayırmışdı. Elçin Mustafayev isə “Keşlə”yə icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: