“Sabah” Premyer Liqada 300-cü qoluna sevindi

2025/2026-cı illər mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada 300-cü qolunu vurub.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley qoluna İqor Noqeyra imza atıb.

O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 11-ci turunun “Kəpəz”lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub.

“Sabah” yüksək dəstədəki 222-ci matçında 300-ə çatıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə fərqlənib.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də “Keşlə” ilə səfər matçında imza atıb – 1:0. Həmin qolun müəllifi Marko Deviç olub.

“Bayquşlar” cari mövsümdə keçirdiyi 10 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Komanda 21 xalla 3-cü sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: