Şahmar Aşurov “Kəpəz”də – Rəsmi

21 yaşlı hücumçu Şahmar Aşurov bundan sonra Premyer Liqada mübarizə aparan “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, klub bu gün daha bir futbolçunun keçidini həll edib. “Sarı-göylər” Şahmar Aşurovu heyətə qatıblar. 21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Şahmar Aşurov son olaraq “Zirə” klubunun formasını geyinib. 21 yaşlı mərkəz hücumçusu daha öncə “Sabah”da da çıxış edib.

“Kəpəz” 2025/2026-cı illər mövsümünə uğursuz start verib. Gəncə təmsilçisi bu mövsüm Premyer Liqada keçirdiyi bütün oyunlardan məğlubiyyətlə ayrılıb. Baş məşqçi postunda Adil Şükürovu əvəzləmiş Azər Bağırovun gəlişindən sonra azad agent statusunda olan futbolçuları heyətə cəlb etməyə başlamış “Kəpəz”in transferlərinin nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək. Gəncə klubu Aşurovdan öncə sabiq oyunçusu Rauf Hüseynlini də heyətinə cəlb etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: