Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandalarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, kişilərdən ibarət yığmamız ilk “5-lik”də qərarlaşıb. Azərbaycan yığması hazırda 2645 əmsala malikdir.
ABŞ (2726) birinci, Hindistan (2714) ikinci, Çin (2686) üçüncü, Rusiya (2645) dördüncü pillədə qərarlaşıb.
Qadınlardan ibarət Azərbaycan millisi isə 2310 əmsalla 11-cidir.
Qeyd edək ki, reytinq mayın 21-dək olan vaxtı əhatə edir.


